Drezden-incəsənət və elm şəhəri

Dresden- Almaniyanın cənub şərqində yerləşən 16 Federal torpaqlarından biri olan Saksoniya Federal torpağının paytaxtıdır. Təxminən iki saatlıq avtomobil yolu ilə ondan şimalda Almaniya Federativ Respublikasının paytaxtı Berlin və cənubda Çexiya Respublikasının paytaxtı Praqa yerləşir. 530.000-lik əhalisi ilə Saksoniyanın paytaxtı ozünün nəinki güclü mədəniyyəti ilə cəlb edir, eləcə də o eyni zamanda federal torpağın siyasət, iqtisadiyyat və elm mərkəzi sayılır. Beləcə Drezden saysız tədqiqat institutlarının və ali məktəblərin, eləcə də 2012-ci ildə Ali titula layiq görülmüş Drezden Texniki Universitetinin vətənidir.

Frauenkirche (Qadınlar kilsəsi), Zwinger (əhatə olunmuş qala), Semperoper (Semper operası), Residenzschloss (igamətgah qəsri), Elbe (Elba çayı), 50-dən artıq muzey, 30-dan artıq kiçik və böyük teatr səhnələri- bu Drezdendir. Saysız-hesabsız diqqətəlayiq yerləri heyrətlə seyr etmək üçün hər il milyonlarla insan Elba mərkəzinə gəlir. Drezden tarixi binalar ansamblı, böyük tarixi, incəsənət xəzinəsi və xüsusi üslubu ilə insanları özünə cəlb edir. „Elbflorenz“ (Elba çayında florensiya) adını şəhər, İtaliyadan ilhamlanaraq memarlığın zəngin incəsənət nümunələrindən olan kombinasiya üçün August der Starke-yə borcludur.

Drezden Saksoniyanın iqtisadiyyat və elm mərkəzi olmaqla yanaşı, həm də Avropanın ən yaşıl şəhərlərindən biridir. Drezdeni əhatə edən böyük bağlar, Elba çəmənlikləri, Drezden meşəsi, saysız qəsrlər, parklar və yaşıllıqlar insanları azad həyata cəlb edir və şəhərdə həyat keyfiyyəti yaradır. Yaşıl şəhər mənzərəsi təpələrdə və Elba vadilərindəki üzüm bağları ilə tamamlanır. Hətta Drezden şəhərinin özündə də üzum becərilir. Drezdenin üzümçülük ənənəsi üzrə ən böyük şimal şəhəri olduğu, bir faktdır.

© Dresden Marketing GmbH
Veranstaltungsübersicht unter www.dresden.de/highlightshttp://www.dresden.de/highlights

Elbe çayından “Frauenkirche”- yə(qadınlar kilsəsi) və Drezden İncəsənət Universitetinə açılan mənzərə
Elbe çayından “Frauenkirche”- yə(qadınlar kilsəsi) və Drezden İncəsənət Universitetinə açılan mənzərə
Drezdenin Semper operası
Drezdenin Semper operası
“Frauenkirche”- yə(qadınlar kilsəsi),qəsrə və “Hofkirche”-yə Canaletto mənzərəsi
“Frauenkirche”- yə(qadınlar kilsəsi),qəsrə və “Hofkirche”-yə Canaletto mənzərəsi